Yusif Mustafayevə 110 min dollarlıq avtomobil hədiyyə etdilər - VİDEO

Yusif Mustafayevə 110 min dollarlıq avtomobil hədiyyə etdilər - VİDEO

Hazırda oxunan: Yusif Mustafayevə 110 min dollarlıq avtomobil hədiyyə etdilər - VİDEO
184343
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“2011-ci ildə mənə bir zəng gəldi. Dedilər ki, get filan yerdən “INFINITI QX56” markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə adım yazılıb: Yusif Mustafayev. Dedilər ki, sənədə imza at. Qiyməti isə avtomobilin 110 min dollar idi, hardasa təxminən 200 min manat”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətçi bildirib ki, 13 il əvvəl ona qocalar evində çıxış etdiyi üçün bahalı avtomobil hədiyyə olunub:  

“Sənədə imza atandan sonra dedilər ki, get Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinə. Orada sual verdilər ki, nəqliyyat vasitəsi üçün hansı nömrəni istəyirsiniz? Cavab verdim ki, istər mənim, istər ailəmin hətta nəslimin bütün üzvlərində olan maşınlarımızın nömrəsi 464. Dedilər ki, “Yox, ürəyin istəyən digər nömrəni seç”. Gördüm ki, burada başqa iş var... “90-KT-900” nömrəni seçdim. Heç bilmədim bu avtomobili və bu nömrəni mənə haradan və kim bağışladı. Yalnız onu bilirəm ki, qocalar evində mahnı oxuduğuma görə, bunları mənə verdilər. 2-3 il əvvəl isə bu avtomobili satıb, başqasını aldım”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO