Namiq Məna:

Namiq Məna: "Dedilər ki, lazımdırsa, oğluna ürəyimi, böyrəyimi verim" – VİDEO 

Hazırda oxunan: Namiq Məna: "Dedilər ki, lazımdırsa, oğluna ürəyimi, böyrəyimi verim" – VİDEO 
184254
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Oğlum Məna burnundan nəfəs ala bilmirdi. 30 dəqiqəlik əməliyyat keçirdi. Məna xəstəxananın palatasından, xəstəxana geyimində çəkilən görüntülərini sosial şəbəkə hesabında paylaşmışdı. Bu görüntülərə də şərh yazmışdı. Ondan sonra çaxnaşmaya səbəb oldu. Amma hər şey qaydasındadır". 

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Məna qonaq olduğu "7 tamam" verilişində deyib. 

Sənətçi ifaçı oğlu Mənanın səhhətindən söz açıb. Namiq bildirib ki, burnundan əməliyyat olunan övladının vəziyyəti yaxşıdır: 

"Mən xalqımıza, oğlum üçün narahat olan insanlara böyük ehtiramımı bildirirəm. Çox sayda zənglər aldım. Biri dedi ki, lazımdırsa, ürəyimi, digər böyrəyimi verim. Onlar bilmirdilər ki, məsələ nə yerdədir. Amma heç bir problem yoxdur". 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO