
- A-
- A
- A+
Azərbaycanın basketbolçu qadınlarından Türkiyədə parlaq qələbələr
Azərbaycanın qadınlardan ibarət basketbol milliləri parlaq qələbələr qazanıblar.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən qadınlardan ibarət U-16 və U-18 yığmalarımız yoldaşlıq görüşlərində öz güclərini sınaqdan keçiriblər.
Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz, keçirdikləri altı yoxlama oyununun hamısında rəqiblərinə qalib gəlməyi bacarıblar.
AZE-(U-18) - “Daçka Şerifalı” U18 (67:58)
AZE-(U-16) - “Daçka Şerifalı” (U-16) (61:56)
AZE-(U-18) - “Sakarya Asaş” (U-18) (71:68)
AZE-(U-16) - “Sakarya Asaş” (U-16) (83:53)
AZE-(U-18) - “İstanbul Yıldızları” (U-18) (56:53)
AZE-(U-16) - “İstanbul Yıldızları” (U-16) (72:60)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































