Ququş:

Ququş: "Azərbaycanda konsert verməyə fürsət yaranmadı" – VİDEO 

Hazırda oxunan: Ququş: "Azərbaycanda konsert verməyə fürsət yaranmadı" – VİDEO 
183175
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məşhur Azərbaycan əsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) "YouTube"da sosial şəbəkə əhlinin suallarını videomüraciət formasında cavablandıb. 

Bizim.Media xəbər verir ki, sənətçi izləyicisinin "Bir İran azərbaycanlısı olaraq niyə Azərbaycan dilində albom təqdim etməmisiniz?" sualını cavablandırıb. 

"Bu çox gözəl sualdır. Mənim səsyazma studiyasında yazılmış türkcə cəmi bir mahnım var, o da “Ayrılıq”dır. Bir sıra ölkələrdə, şəhərlərdə konsert proqramları ilə çıxış etmişəm. Lakin fürsət yaranmadı ki, Azərbaycanda da konsert verim. Hər zaman arzum olub və indi də bunu arzulayıram. Söylədiyiniz bu təklif fikrimcə, çox gözəldir. Azərbaycana getməyi çox istəyirəm", - deyə Ququş vurğulayıb. 
Qeyd edək ki, Ququş 1950-ci il mayın 5-də Tehranda Sərçeşmə rayonunda dünyaya gəlib. Müğənninin valideynləri Bakıdan Tehrana köçüblər. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO