Rəvan Qarayev: “Ürəyimin sahibi var” – VİDEO 

Rəvan Qarayev: “Ürəyimin sahibi var” – VİDEO 

Hazırda oxunan: Rəvan Qarayev: “Ürəyimin sahibi var” – VİDEO 
182700
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mənim “Instagram” səhifəmə xanımlar tərəfindən çox sayda sevgi dolu mesajlar gəlir. Mənimlə bağlı müəyyən xanımlar sosial şəbəkədə lirik mahnılarımdan ibarət videolar kəsib paylaşırlar. Çox sağ olsunlar. Allah onlardan razı olsun. Mənim mahnılarımı çox insan sevə bilər”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rəvan Qarayev qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Sənətçi bildirib ki, hazırda onun ürəyinin sahibi var: 

“Xanımlar bir müğənninin mahnılarını, sənətini sevə bilərlər. Bu haqda başqa bir şey deyə bilmərəm. Mənim ürəyimdə hazırda heç kim yoxdur. Yəni ürəyim doludur. Orada kənar bir şəxs ola bilməz. Ürəyimin sahibi var”. 

Xatırladaq ki, R.Qarayev əvvəlki müsahibələrində dəfələrlə 3-cü dəfə ailə qurmayacağını bildirib. Rəvan “Ola bilər ki, yaşım artdıqca, qocalanda bəlkə yenidən bu haqda fikirləşdim və yenidən ailə qurdum” sözlərini dilə gətirib. 
Qeyd edək ki, R.Qarayevin ilk evlilikdən 15 yaşında Ayan adlı qızı var. Müğənninin Günya Rəhimova adlı xanımla evliliyi isə beş il sürüb və bu nikahdan onların 10 yaşlı Xalidə adlı qız övladları var. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO