Aktyor Elcan restoranlarda

Aktyor Elcan restoranlarda "od qiymətinə" təklif edilən "iftar süfrəsi"ni TƏNQİD ETDİ - VİDEO

Hazırda oxunan: Aktyor Elcan restoranlarda "od qiymətinə" təklif edilən "iftar süfrəsi"ni TƏNQİD ETDİ - VİDEO
182284
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aktyor Elcan Rəsul növbəti paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında restoranların "Ramazan ayı"nda süni qiymət artımına yol vermələri haqda videomüraciət yayımlayıb.

Elcan restoranların "iftar süfrəsi"nin qiymətinin 55 manata qədər qaldırılmasına sərt şəkildə reaksiya verib:

"Bu gün restoranlarda gördüyüm mənzərədən danışmaq istəyirəm. Günorta saatlarında 9-10 manata yalvarıb satdıqları "business lunch"ın (biznes nahar) yanına  2 ədəd xurma və bir stəkan suyu əlavə ediblər, adını isə qoyublar "iftar süfrəsi". 

Qiymətini isə qaldırıblar 25-55 manat arası. 

Bu "Ramazanda" insalar oruc tuturlar və bir-birinə "iftar süfrəsi" açırlar ki, savaba yazılsın... Amma restoranlar özlərinə belə "savab" edirlər. Bunun adı isə "kassa savabıdır".  Bir az bu məsələlərdə diqqətli olmaq lazımdır. Hər şeydən külli miqdarda pul qazanmaq olmaz. Nəyi kütləvi görürük, onun da qiyməti beş dəfə qalxır. Belə olmaz!"
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO