Bakıda tıxaclar bu saatlarda olur - SƏBƏBLƏRİ AÇIQLANDI 

Hazırda oxunan: Bakıda tıxaclar bu saatlarda olur - SƏBƏBLƏRİ AÇIQLANDI 

181055

Qadağan olunan yerlərdə nəqliyyat vasitələrinin park edilməsi, bir sıra yollarda “butulka effekti”nin yaranması, texniki nasazlıq səbəbindən bəzi avtomobillərin yolda qalması, sürücülər tərəfindən manevretmə qaydalarının pozulması, ara məsafəsinə düzgün əməl edilməməsi, yol-nəqliyyat hadisələrinin baş verməsi, eyni zamanda Bakı şəhərində nəqliyyat vasitələrinin sayının ildən-ilə artması, bütün bu sadalanan hallar hələ də paytaxt yollarında sıxlıqların yaranmasının səbəbləri olaraq qalır.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bizim.Media-ya məlumat verilib. 

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təhlilləri göstərir ki, yollarda sıxlıq daha çox səhər 07:30-10:00, axşam isə 17:30-19:30 saatlarında yaranır.

Ancaq bəzi küçələr də var ki, həmin yollarda günün müxtəlif vaxtlarında sıxlıq müşahidə olunur.

Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı yollarında avtomobil sıxlığını azaltmaq və hərəkətin intensivliyini təmin etmək məqsədilə mütəmadi olaraq 44 küçə və prospekt üzrə “yaşıl dalğa” rejimi tətbiq edir.
Bununla yanaşı, yol-nəqliyyat hadisələri baş verdikdə və nasazlıq səbəbindən yollarda qalaraq sıxlıq yaradan avtomobillərlə bağlı müvafiq tədbirlər görülür, hərəkətin təşkilində dəyişikliklər edilməsi üçün lazımi təkliflər hazırlayır. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO