Atası ilə bağlı süjet Laləni AĞLATDI – VİDEO 

Atası ilə bağlı süjet Laləni AĞLATDI – VİDEO 

Hazırda oxunan: Atası ilə bağlı süjet Laləni AĞLATDI – VİDEO 
181043
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Lalə Məmmədova efirdə göz yaşlarına boğulub. 

Bizim.Media xəbər verir ki, kövrək dolu anlar sənətçinin qonaq olduğu “Qonaqcanlı” verilişində yaşanıb. 

Lalənin ötən ilin yanvarında dünyasını dəyişən atası Nadir Məmmədovla bağlı verilişdə süjet yayımlanıb. Sözügedən videomaterialı izləyən Məmmədova valideynini yadına salaraq hisslərə qapılıb və göz yaşlarına hakim kəsilə bilməyib. 
Əməkdar artist ağlayaraq “Atamın ömrünün son 3 ilində demək istədiklərini siz dilə gətirdiniz” sözlərini deyib.

Xatırladaq ki, Lalə Məmmədova bir müddət əvvəl müsahibəsində valideyni N. Məmmədovun “Altsheymer” xəstəliyindən əziyyət çəkdiyi bildirmişdi. Əməkdar artistin sözlərinə görə, son üç ildə yaddaşını itirən atası hətta onu belə tanımırdı. Qeyd edək ki, Əməkdar artistin atası 1982-ci ildən Bakı Dövlət Universitetində çalışıb. O, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının professoru olub. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO