Şəhidlərimizin xatirəsi anıldı - FOTO

Şəhidlərimizin xatirəsi anıldı - FOTO

Hazırda oxunan: Şəhidlərimizin xatirəsi anıldı - FOTO
179832
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynov və Vətən müharibəsi şəhidi Toğrul Atakişiyevin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, mərasimlərdə Müdafiə Nazirliyinin hərbi qulluqçuları, kursantlar, məktəblilər, şəhidlərin ailə üzvləri və yaxınları, eləcə də digər qonaqlar iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin məzarları ziyarət edilib, önünə tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub.

Anım mərasimlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açaraq şəhidlərimizin şərəfli həyat və döyüş yollarından danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Şəhidlərimizin xatirəsi anıldı - FOTO - foto 1
Şəhidlərimizin xatirəsi anıldı - FOTO - foto 2
Şəhidlərimizin xatirəsi anıldı - FOTO - foto 3
Şəhidlərimizin xatirəsi anıldı - FOTO - foto 4
Şəhidlərimizin xatirəsi anıldı - FOTO - foto 5
Şəhidlərimizin xatirəsi anıldı - FOTO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO