Baş prokuror: “Erməni separatçılara son ittihamlar yaxın vaxtlarda elan ediləcək”

Baş prokuror: “Erməni separatçılara son ittihamlar yaxın vaxtlarda elan ediləcək”

Hazırda oxunan: Baş prokuror: “Erməni separatçılara son ittihamlar yaxın vaxtlarda elan ediləcək”

179107

“Azərbaycanda həbsdə olan erməni separatçılarının işinin istintaqına bir çox dövlət qurumları cəlb edilib”.

Bizim.Media xəbər verir ki, bunu  bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Real TV-də Mir Şahin Ağayevə müsahibəsində deyib.

“Onların bütün cinayətləri tədqiq edilir. Kifayət qədər faktlar üzə çıxır. Yaxın vaxtlarda onlara son ittihamlar elan ediləcək, cinayət işləri məhkəməyə göndəriləcək”, - deyə Baş prokuror qeyd edib.

K. Əliyev bildirib ki, separatçılar konkret əməllərə görə məsuliyyətə cəlb edilib, konkret əməllərə görə ittihamlar verilib:

“Bunu bütün Azərbaycan xalqı, beynəlxalq təşkilatlar, qərb və digər ölkələr məhkəmə baxışı zamanı görəcəklər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO