Tanınmış azərbaycanlı futbolçu sürücü işləməyə başladı - FOTO

Tanınmış azərbaycanlı futbolçu sürücü işləməyə başladı - FOTO

Hazırda oxunan: Tanınmış azərbaycanlı futbolçu sürücü işləməyə başladı - FOTO

178967

Azərbaycan yığmasının sabiq müdafiəçisi Vüqar Quliyev “futbolun daşını atıb”.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, uzun illər Premyer Liqanın iddialı klublarının formasını geyinən veteran indi sürücü işləyir.

“Mercedes Sprinter” markalı avtomobil sürən Quliyev müxtəlif rayonlara sifarişləri qəbul edir.
Qeyd edək ki o, Sumqayıt futbol məktəbinin yetirməsidir. Yerli “Xəzər” FK-la yanaşı, “Qarabağ” FK, “MKT-Araz” FK və “Bakı” FI-nın formasını da geyinib. İkincilərin heyətində Çempionlar Liqasında çıxış edib. Son iş yeri isə “Sumqayıt” FK olub. Doğma şəhərinin təmsilçisinin akademiyasında məşqçi kimi çalışıb.

O, akademiyanın baş koordinatoru Hakan Sünalla yaşadığı problem səbəbindən sevimli peşəsindən uzaq düşüb.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO