Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirildi - FOTO

Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirildi - FOTO

Hazırda oxunan: Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirildi - FOTO
17873
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib.

Energetika Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Alt İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda birinci iclasdan ötən dövr ərzində görülmüş işlər müzakirə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda günəş elektrik stansiyası tikiləcək - BƏƏ şirkəti ilə razılıq əldə edildi


Strategiyanın hazırlanması ilə bağlı fəaliyyət istiqamətlərinin, iş planının ilkin layihəsinin, alt-məqsədlər və hədəf göstəricilərinin, qəbul ediləcək dövlət proqramlarının, digər sənəd və tədbirlərin ümumi siyahısının hazırlanaraq aidiyyəti üzrə təqdim edildiyi bildirilib.

“2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına alt İşçi Qrupunun fəaliyyət istiqaməti üzrə ixtisaslaşmış məsləhətçi şirkətin, digər dövlət orqanlarının, dövlət şirkətlərinin, elm və ali təhsil müəssisələrinin, konfederasiya, assosiasiya, vətəndaş cəmiyyətini təmsil edən təşkilatların və özəl qurumların nümayəndələrinin cəlb edilməsinə dair fikir mübadiləsi aparılıb. İşçi Qrupu üzvlərinin iş prosesinin təşkilinə dair təklifləri müzakirəyə çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO