Turizm sektorunda çalışanların vaksinasiyası başlandı

Turizm sektorunda çalışanların vaksinasiyası başlandı

Hazırda oxunan: Turizm sektorunda çalışanların vaksinasiyası başlandı
17631
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədə turizm sektorunda çalışan işçilərin vaksinasiyasına başlanıb. 

Bu barədə Bizim.Media-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. 

Peyvəndləmə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, eləcə də Türkiyə Turizm Tanıtma və İnkişaf Agentliyinin (TGA) koordinasiyası ilə baş tutub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı


Peyvəndləmə proqramı aviaşirkətlər, hava limanları, mehmanxanalar, turizm agentliklərinin işçilərini, həmçinin peşəkar bələdçiləri də əhatə edib. Turizm sektorunda çalışan bütün işçilərin peyvəndlənməsi cari ilin yay mövsümünə qədər başa çatacaq. 

Peyvəndləmə proqramı  “Etibarlı Turizm Sertifikat Proqramı” çərçivəsində qarşıdan gələn yay mövsümü üçün beynəlxalq ziyarətçiləri qəbul etməyi və turizm işçiləri ilə yerli turistlərin sağlamlığını və təhlükəsizliyini təmin etməyi hədəfləyir. 

Məlumatda o da bildirilir ki, Türkiyə COVİD-19 ilə mübarizədə “Təhlükəsiz Turizm Sertifikatlaşdırma Proqramı”na investisiya qoymağa davam edir.

Ölkə tətbiqetmənin əhatə dairəsini genişləndirərək 30 və ya daha çox otaqlı mehmanxanalar üçün məcburi edib. İndiyə qədər 8 mindən çox turizm obyekti sertifikatlaşdırılıb.

Türkiyə 2021-ci ildə sağlam və etibarlı turizmin məkanı olmağa davam etmək üçün bütün tədbirləri alır.

Bu, beynəlxalq ziyarətçilər üçün etibarlı səyahət baxımından ən yaxşı seçimlərdən biri olacaq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO