Şəkidə İndoneziya gecəsi - FOTO

Şəkidə İndoneziya gecəsi - FOTO

Hazırda oxunan: Şəkidə İndoneziya gecəsi - FOTO
175449
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İndoneziyadan gələn bir qrup incəsənət ustası Şəkidə öz milli mətbəxləri ilə yanaşı musiqilərini təqdim edib, şəhər sakinlərinə xoş anlar yaşadıb. 

Şəki Dövlət Dram teatrından Bizim.Media-nın yerli bürosuna verilən məlumata əsasən İndoneziyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə bu sənət məbədində bu ölkənin musiqi və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

İndoneziyanın ölkəmizdəki səfiri Hildi Hamid konsertə gələnlərə əvvəlcə teatrın foyesində təmsil etdiyi ölkənin mədəniyyət və turizm potensialından bəhs edən məlumatları təqdim edib. 

Səfir bildirib ki, iki ölkə arasında dostluq əlaqələri uğurla davam edir. Belə ki, bu ilin yayında İndoneziyanın musiqi və rəqs kollektivləri Şəkidə keçirilən ənənəvi “İpək Yolu” Beynəlxalq Musiqi Festivalında maraqlı konsert proqramı ilə çıxış ediblər. 
Daha sonra indoneziyalı incəsənət ustaları milli rəqs və musiqi nömrələrini təqdim edib. Konsert proqramı musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Şəkidə İndoneziya gecəsi - FOTO - foto 1
Şəkidə İndoneziya gecəsi - FOTO - foto 2
Şəkidə İndoneziya gecəsi - FOTO - foto 3
Şəkidə İndoneziya gecəsi - FOTO - foto 4

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO