Xəzərdə gəmiyə su doldu, 32 nəfər təxliyə edildi

Xəzərdə gəmiyə su doldu, 32 nəfər təxliyə edildi

Hazırda oxunan: Xəzərdə gəmiyə su doldu, 32 nəfər təxliyə edildi
175281
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün saat 21 radələrində sahildən 30 kilometr aralı Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb. Dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız qalası” sərnişin gəmiləri hadisə yerinə gəlib. Heyət üzvləri və sərnişinlər bu gəmilərə təxliyə ediliblər.

Bu barədə Bizim.Media-ya Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən (ASCO) bildirilib.

Qeyd olunub ki, hazırda 7 nəfər gəmi heyəti və 25 sərnişinin həyatı üçün hər hansı bir təhlükə yoxdur.

“PS 173” gəmisi isə hadisə ərazisinə gələn “Caspian Spirit” gəmisi vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb.
Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşəndən sonra daha ətraflı məlumat veriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO