Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşdü - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşdü - FOTO

17380

9 aprel 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazir Ceyhun Bayramov cari ilin 31 mart tarixində videokonfrans formatında təşkil olunan qeyri-formal Zirvə görüşünün uğurla keçirildiyini qeyd etdi.

Türk Şurasının yüksək səviyyəli toplantısının hər zaman olduğu kimi dostluq, qarşılıqlı anlaşma və dəstək çərçivəsində keçirildiyi vurğulandı.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova Bozkırla görüşdü - FOTO


Baş katib Bağdad Amreyev pandemiya səbəbindən Qazaxıstanın Türküstan şəhərində keçirilməsi planlaşdırılan Zirvə görüşünün videokonfrans formatında keçirildiyini və bu toplantının türkdilli dövlətlər arasında mövcud olan həmrəyliyi bir daha yüksək səviyyədə nümayiş etdirdiyini bildirdi.

Türk Şurasının Bakıda keçirilən informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısına istinad edən Baş katib, bu sahədə üzv ölkələrinin əməkdaşlğının genişləndirilməsinin əhəmiyyətini vurğuladı.

Tərəflər, həmçinin Türk Şurası çərçivəsində müxtəlif sahələrdə həyata keçirilməsi planlaşdırılan tədbirlər, təşkilatın qarşıdan gələn Istanbul Zirvə görüşünə hazırlıq və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO