Qaxın ucqar yaşayış məntəqələrinə qar yağıb - FOTO

Qaxın ucqar yaşayış məntəqələrinə qar yağıb - FOTO

Hazırda oxunan: Qaxın ucqar yaşayış məntəqələrinə qar yağıb - FOTO
173249
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Artıq üç gündür ki, Şimal-Qərb bölgəsinsinə daxil olan rayonlarda qeyri-sabit hava şəraiti hökm sürür. Bu günlər bölgədə havanın temperaturu 13-15 dərəcədən 4-6 dərəcəyə kimi aşağı düşüb. Axşamlar isə bölgənin dağlıq ərazilərində mənfi 5-7 dərəcə şaxta müşahidə olunur.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gündən başlayaraq Qaxın ucqar yaşayış məntəqələrindən olan Sarıbaşa və İlisuya da qar yağıb.

İlkin məlumatlara əsasən Sarıbaşda qarın qalınlığı 8-10 sm, İlisuda isə 5-7 sm arasında dəyişir. 

Bölgənin bəzi ərazilərində isə hava soyuq və küləklə müşahidə olunur. 

Havaların qeyri-sabit keçməsinə, qar yağmasına baxmayaraq kəndlərdə hələlik heç bir neqativ hal yaşanmayıb. Rabitə, elektrik təchizatı və qazın verilməsi öz axarında davam edir.

Qaxın ucqar yaşayış məntəqələrinə qar yağıb - FOTO - foto 1
Qaxın ucqar yaşayış məntəqələrinə qar yağıb - FOTO - foto 2
Qaxın ucqar yaşayış məntəqələrinə qar yağıb - FOTO - foto 3
Qaxın ucqar yaşayış məntəqələrinə qar yağıb - FOTO - foto 4
Qaxın ucqar yaşayış məntəqələrinə qar yağıb - FOTO - foto 5
Qaxın ucqar yaşayış məntəqələrinə qar yağıb - FOTO - foto 6
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO