Bakı metrosunda insident törədən şəxslər HƏBS EDİLDİ 

Bakı metrosunda insident törədən şəxslər HƏBS EDİLDİ 

Hazırda oxunan: Bakı metrosunda insident törədən şəxslər HƏBS EDİLDİ 
172646
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gün əvvəl Bakı Metropoliteninin “28 May” stansiyasında xuliqanlıq əməli törətmiş 2 nəfər həbs edilib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, barələrində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanunui tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilən şəxslər Nəsimi Rayon Məhkəməsinə aparılıb. 

Məhkəmənin qərarı ilə Masallı rayon Türkoba kənd sakini, 2002-ci il təvəllüdlü Azər Salahova (soyad şərtidir) 10, onun həmkəndlisi 2000-ci il təvəllüdlü Xanəli Məmmədova isə 15 sutka həbs cəzası verilib. 

Araşdırmalar zamanı məlum olub ki, dostlar paytaxtın Yasamal rayonu ərazisindəki restoranlardan birində yeyib-içiblər. Sərxoş vəziyyətdə metronun “20 Yanvar” stansiyasına daxil olan hər iki şəxs digər dostları ilə birgə “Həzi Aslanova” getmək istəyiblər. 
Lakin onlar qatarda sərxoş halda səs-küy salmağa, insanları narahat etməyə başlayıblar. Qatarda olan mülki geyimli polis əməkdaşı onları “28 May” stansiyasında qatardan düşürüb və bu zaman dava-dalaş baş verib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO