Azərbaycan Basketbol Liqası: “Xırdalan”dan əzmkar qələbə - FOTO

Azərbaycan Basketbol Liqası: “Xırdalan”dan əzmkar qələbə - FOTO

Hazırda oxunan: Azərbaycan Basketbol Liqası: “Xırdalan”dan əzmkar qələbə - FOTO
169260
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Azərbaycan Basketbol Liqasında VIII turun növbəti oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, günün ilk matçında “Sabah” “Sumqayıt”la üz-üzə gəlib. 

Çempion son pillələrdə qərarlaşan “Gənclər şəhəri” təmsilçisi ilə görüşdə aşkar favorit olduğunu sübuta yetirib. 

Bütün perodlarda rəqibini üstələyən "Sabah" fərqli qələbə qazanıb. Oyun meydan sahiblərini 26 xal fərqli üstünlüyü ilə bitib.
Digər qarşılaşmada isə “Xırdalan” “Neftçi”ni sınağa çəkib. Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların duelində “ağ-qaralar” şanslı sayılırdı. 

Onlar oyuna yaxşı başlayaraq, ilk periodu qələbə ilə başa vurublar. Sonradan özünə gələn "Xırdalan" daha dəqiq atışlarla hesabda önə keçib.

Azərbaycan Basketbol Liqası

15 dekabr

VIII tur

16:30. “Sabah” – “Sumqayıt” - 105:79 (28:24, 31:16, 24:20, 22:19)

"Sərhədçi" İdman Kompleksi

19:30. “Xırdalan” – “Neftçi” - 102:80 (13:22, 33:20, 20:17, 36:21)

"Sərhədçi" İdman Kompleksi



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO