Paris Hilton buna görə uşaqlarını surroqat ana ilə dünyaya gətirib – FOTO 

Hazırda oxunan: Paris Hilton buna görə uşaqlarını surroqat ana ilə dünyaya gətirib – FOTO 

167851

Xəbər verdiyimiz kimi, “Hilton”otellər şəbəkəsinin varisi, müğənni və aktrisa Paris Hiltonun ilin əvvəlində oğlu Feniks, ötən həftələrdə isə qızı London dünyaya gəlib. 

Bizim.Media xəbər verir ki, “Romper” nəşrinə müsahibə verən Paris surroqat ananın xidmətlərindən istifadə etdiyinin səbəblərini açıqlayıb. 

Məşhur bunu keçirdiyi panik ataklarla əlaqələndirib. Paris bildirib ki, bu, Utah ştatındakı “Provo Kanyon” məktəbində keçirdiyi problemli yeniyetməlik travmasından qaynaqlanır. 
Belə ki, o, əvvəllər məktəbdə fiziki, emosional və cinsi zorakılıqla üzləşdiyini deyib. Paris məcburi ginekoloji müayinələrdən keçdiyini söyləyib. 

“Əgər mən həkim kabinetində olsam, mənə iynə vuracaqlar. Bundan isə sözün əsl mənasında panik atak keçirəcəm və nəfəs ala bilməyəcəm” – deyə o bildirib. 

Parisin sözlərinə görə, hamiləlik dövründə bu, uşaq da daxil olmaqla, ciddi təhlükə yarada bilər: 

“Sadəcə bunun mənə və bu qədər narahat olan birinin içində böyüyən uşağa zərərli olacağını bilirdim”. 

Qeyd edək ki, ötən həftə Paris Hilton sosial şəbəkə hesabında London adlı bir qız övladının dünyaya gəldiyini elan edib. Bu ilin əvvəlində onun əri Karter Reum ilə Feniks adlı oğlu doğulub.
Cütlüyün hər iki övladı surroqat anadan dünyaya gəlib və bu qərarına görə Paris Hilton sosial şəbəkədə tənqidlə üzləşib. İzləyicilər Parisi “O, sadəcə uşaqları pulla alır” deyə günahlandırıblar. 










Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO