
- A-
- A
- A+
Türkiyə ilə rəqəmsal ticarət haqqında saziş imzalanacaq - Mikayıl Cabbarov
“Azərbaycan Türkiyə ilə çoxşaxəli əməkdaşlığını daha da genişləndirmək niyyətindədir”.
Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair "dəyirmi masa"da çıxışı zamanı bildirib.
Onun sözlərinə görə iİkitərəfli əməkdaşlıqda ticarət sahəsi mühüm yer tutur:
“Pandemiyanın qlobal ticarətə, ölkələr arasında ticarətə mənfi təsir etdiyi üçün 2020-ci il ərzində ticarət dövriyyəsi 8 % azalaraq 4,2 mlrd ABŞ dolları təşkil edib. Əminəm ki, həyata keçirəcəyimiz birgə işlər, həmçinin ötən ilin fevralın 25-də imzalanmış Preferensial Ticarət sazişinin bu il qüvvəyə minməsi ilə ticarət əlaqələrimizin artımına töhfə verəcək.
Bu ilin sonuna qədər biz 2019-cu ildə əldə etdiyimiz rəqəmlərdən daha üstün bir ticarət həcminə çatacağıq”.
M.Cabbarov qeyd edib ki, Azərbaycanla Türkiyə arasında Rəqəmsal Ticarət Haqqında Anlaşma Memorandumu ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə imkan yaradacaq.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































