Bayram və istirahət günlərində Bakı və Abşeronda hava necə olacaq?

Bayram və istirahət günlərində Bakı və Abşeronda hava necə olacaq?

Hazırda oxunan: Bayram və istirahət günlərində Bakı və Abşeronda hava necə olacaq?
163162
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 7-12 m/s, gündüz cənub-şərq küləyi 8-13 m/s təşkil edəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-22° isti olacaq. 
Noyabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi 8-13 m/s, səhər 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq. 

Noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək, axşam şimal-şərq küləyi 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 16-18° isti olacaq. 

Noyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi 7-12 m/s, gündüz arabir 15-20 m/s-dək güclənəcək. 

Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti olacaq. 

Noyabrın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi 8-13 m/s, arabir 15-18 m/s təşkil edəcək. Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti olacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO