Roma Papasından Yaxın Şərqdəki vəziyyətlə bağlı AÇIQLAMA

Roma Papasından Yaxın Şərqdəki vəziyyətlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Roma Papasından Yaxın Şərqdəki vəziyyətlə bağlı AÇIQLAMA

159403

Yaxın Şərqdə müharibəyə yox, ədalət, dialoq və qardaşlıq üzərində qurulmuş sülhə ehtiyac var.

Bizim.Media xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.

Qəzza zolağında yaşayanlardan narahatlığını ifadə edən Papa Fransisk bildirib:

“Hücuma məruz qalanların özlərini müdafiə etmək hüququ var. Lakin mən fələstinlilərin yaşadıqlarına və çoxsaylı günahsız qurbanın olduğu Qəzzada hərtərəfli blokadaya görə çox narahatam.

Terrorizm və ekstremizm israillilər və fələstinlilər arasında münaqişənin həllinə kömək etmir. Əksinə nifrət, zorakılıq və qisas hissini alovlandırır və bu, hər iki xalqa əzab verməkdən başqa heç nəyə yaramır”.
Roma Papası İsrail və Fələstində baş verənləri ağrı və təşvişlə izlədiyini, çoxlu sayda insanın həlak olması və yaralanmasına görə narahatlığını ifadə edib. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, girovların dərhal azad olunmasının vacibliyini vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO