
- A-
- A
- A+
İdman
18:56 / 25.09.2023
1 dəq oxunma
Azərbaycan boksçuları beynəlxalq turniri altı medalla başa vurublar
Hazırda oxunan: Azərbaycan boksçuları beynəlxalq turniri altı medalla başa vurublar
156937
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Rusiyanın Anapa şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb.
Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yarışda milli komandanın 6 üzvü medal əldə edib.
Yığmanın heyətində Zeynəb Rəhimova qalib adına layiq görülüb. 54 kiloqram çəkidə çıxış edən idmançı finalda rusiyalı Ulyana Savronu məğlub edərək qızıl medala yiyələnib.
Tural Sarıyev (48 kiloqram), Nicat Hüseynov (54 kiloqram), İlqar Salahov (67 kiloqram), Rəşid Həsənov (71 kiloqram) və Mehparə Məmmədova (48 kiloqram) isə bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, boksçular Bakıya sentyabrın 26-da qayıdacaqlar.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən






























































































