Səidənin toyunda yaşananlar və böyük BARIŞIQ - FOTO/VİDEO

Səidənin toyunda yaşananlar və böyük BARIŞIQ - FOTO/VİDEO

Hazırda oxunan: Səidənin toyunda yaşananlar və böyük BARIŞIQ - FOTO/VİDEO
156079
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, ötən axşam müğənni Səidə Sultanın toyu baş tutub.

Bizim.Media xəbər verir ki, sənətçinin toydan əvvəl görüntülərini həmkarı və yaxın dostu Kərim Abbasov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Abbasov Sultanın evinə gedərək, onu təbrik edib. 

Başına fata taxan Səidə Kərimlə görüşdüyü an bu sözləri dilə gətirib:

"Gəlin bacı hələ hazır deyil. İki dəqiqəyə gəlinliyimi geyinib toya gedəcəyəm".

Kərim isə Səidəyə "Bu gün sənin günündür. Bu gün partlatmalıyıq. Allah səni xoşbəxt eləsin" kəlmələri ilə qarşılıq verib.

Saat 19:30-20:00 radələrində Səidə məclisə daxil olub. Müğənninin toyuna qadın həmkarları axın edib. Onlar gecə boyunca həm ifaları, həm də rəqsləri ilə məclisi coşdurublar. 

Səidənin bir zamanlar küsülü olduğu həmkarları Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi də məclisdə iştirak edib. 

Üç sənətçi öz aralarında səmimi şəkildə görüşərək, aralarında heç bir incikliyin olmadığını söyləyiblər.

Qeyd edək ki, Səidə Sultanın toyunda kişilər iştirak etməyib. Çünki məclis sırf qadınlardan ibarət olub.
 



Səidənin toyunda yaşananlar və böyük BARIŞIQ - FOTO/VİDEO - foto 1
Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO