BMT-dən separatçıların qondarma “seçki”si ilə bağlı ÇAĞIRIŞ – VİDEO  

BMT-dən separatçıların qondarma “seçki”si ilə bağlı ÇAĞIRIŞ – VİDEO  

Hazırda oxunan: BMT-dən separatçıların qondarma “seçki”si ilə bağlı ÇAĞIRIŞ – VİDEO  
154936
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Biz Ermənistanı BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamələrini xatırlamaq və onlara tam hörmət etməyə çağırmaq istərdik”. 

Bizim.Media xəbər verir ki, BMT baş katibinin mətbuat katibi Stefan Düjarrik brifinqdə sentyabrın 9-da erməni separatçılarının Qarabağda qondarma “prezident seçkiləri” keçirməsini şərh edərkən deyib. 

"Baş katib regionda təhlükəsizlik və sülh naminə münasibətlərin uzunmüddətli normallaşması istiqamətində səyləri artırmağa çağırır", - deyə o əlavə edib. 

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Qarabağda keçirilən qondarma “seçkiləri” qəti şəkildə pisləməyə çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunduğu kimi, “qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, Ermənistan və onun yaratdığı marionet rejimi, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı addımlar atıb status-kvonu qoruyub saxlayıb işğalçılıq siyasətini davam etdirirlər, əslində sülh prosesində maraqlı deyillər, əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutublar. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO