Putin:

Putin: "Xaricə gedən mədəniyyət xadimləri qoy orada qalıb çalışsınlar" - VİDEO

Hazırda oxunan: Putin: "Xaricə gedən mədəniyyət xadimləri qoy orada qalıb çalışsınlar" - VİDEO
154860
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Xaricə gedən istedadlı insanlar Rusiya vətəndaşlarının beynini xarab eləməkdənsə, qeyri-ənənəvi dəyərləri təbliğ etməkdənsə, orada öz işlərini görsələr, daha yaxşıdır". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında çıxışı zamanı deyib.

O, qeyd edib ki, müxtəlif hesablamalara görə, Rusiya dövlətinin siyasəti ilə razılaşmayan təxminən 160-170 mədəniyyət xadimi xaricə gedib:

“Burada qalıb danışsalar da heç kim onlara qadağa qoymayacaqdı.  Amma getməyə üstünlük verdilər. Bu həm də maddi şeylərlə bağlıdır. Axı son illər xaricdə evlər, mənzillər alıblar, orada hesablar açıblar. İnsanlar onu saxlamaq istəyirlər, itirməkdən qorxurlar.

Bütün bunları qorumaq üçün xaricdəki mədəniyyət xadimlərindən bəyanat vermək, tənqid etmək, pisləmək tələb olunur".

Rusiya prezidenti vurğulayıb ki, bir sıra incəsənət nümayəndələrinin ölkədən getməsinin yeganə səbəbi bu deyil, Rusiya dövlətinin gördüyü işlərlə səmimi şəkildə razılaşmayanlar da var:
 

"Qoy Allah onlara yardımçı olsun. Bu, onların qərarıdır”.

Putinin sözlərinə görə, gedən rusların geriyə yolunu heç kim bağlamayıb:

"Onlara heç kim “gəlməyin” deməyib. Rusiya qanunlarına görə,  vətəndaşlarımız istədiyi yerdə yaşaya bilər, lakin heç kim onları ​​vətəndaşlıqdan məhrum edə və Rusiya Federasiyasına girişinə qadağa qoya bilməz”.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO