Britni Spirsin anası qızının boşanmasından QƏZƏBLƏNİB - DETALLAR – FOTO 

Britni Spirsin anası qızının boşanmasından QƏZƏBLƏNİB - DETALLAR – FOTO 

Hazırda oxunan: Britni Spirsin anası qızının boşanmasından QƏZƏBLƏNİB - DETALLAR – FOTO 

151451

Dünya pop səhnəsinin ulduzu Britni Spirsin anası qızının 14 aylıq evliliyindən sonra Sem Asgaridən boşanma xəbərini eşidəndə qəzəblənib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 68 yaşlı Linn Spirs qalmaqallı hadisədən bir gün sonra pop ulduzun ərinin müğənninin xəyanətinə görə boşanmaq üçün məhkəməyə müraciət etdiyini öyrənib.

“Linn Semin Britnini tərk etməsindən qəzəblənir. O, xəstəlikdə və sağlamlıqda onun yanında olacağına söz vermişdi - və o, (onlar evlənəndə) onun xəstə olduğunu bilirdi”, - deyə insayder vurğulayıb. Britninin anası ona doğma şəhəri Luiziana ştatının Kentvuda qayıtması və onunla yaşaması üçün “yalvarıb”.

Bu, Linnin fikrincə, Britniyə daha tez sağalmağa və boşanma prosesini paparazzilərdən uzaqlaşdırmağa kömək edə bilər. “Los Anceles zəhərlidir və onu orada saxlayan yeganə şey Semdir. Linn inanır ki, Luizianada sağalıb yenidən işə başlaya və hazır olduqdan sonra Los Ancelesə qayıda bilər”, - deyə Spirs ailəsinə yaxın mənbə bildirib. 
“Page Six” nəşrinin yaydığı məlumata görə, boşanma elan edildikdən sonra Asgari nikah müqaviləsinə yenidən baxılmasını tələb edib və təzminat məbləğinin artırılmasında israr edib. Əks halda o, müğənninin şəxsi həyatının bəzi “utancverici detallarını” dərc edəcəyini açıqlayıb.

“TMZ” nəşri sözügedən məsələ ilə bağlı yaydığı məlumatda Britninin Semi Kaliforniyadakı evində ev işçilərindən biri ilə aldatdığını və Asgaridə bunu sübut edən video görüntülər olduğunu bildirdib. Semin sözlərinə görə, müğənni dəfələrlə ona əl qaldırıb və hücüm edib. 

Qeyd edək ki, Britni Spirs və Sem Asgari ötən ilin iyununda ulduzun Kaliforniyadakı “Tousan Oaks” malikanəsində toy ediblər. Lakin məclisə müğənninin qohumları və övladları dəvət edilməyib.
Britni üçün bu evlilik sayca üçüncü olub. Belə ki, o, daha əvvəl toydan 55 saat sonra ayrıldığı Ceyson Aleksander və 2004-2007-ci illərdə oğullarının atası, rəqqasə Kevin Federlayn ilə evli olub. 





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO