Bloqer Şəfəq: “Bəstəkar Oqtay Kazıminin qohumu məndən ödəniş tələb edir” - VİDEO  

Bloqer Şəfəq: “Bəstəkar Oqtay Kazıminin qohumu məndən ödəniş tələb edir” - VİDEO  

Hazırda oxunan: Bloqer Şəfəq: “Bəstəkar Oqtay Kazıminin qohumu məndən ödəniş tələb edir” - VİDEO  

151449

Bloqer Şəfəq Məmmədova xoşagəlməz hadisə ilə üzləşib. 

Bizim.Media xəbər verir ki, buna səbəb Şəfəqin çəkildiyi reklamda mərhum müğənni Oqtay Ağayev oxuduğu “Eşqimin bəxti” mahnısını istifadə etməsi olması olub. 

Bloqerin sözlərinə görə, özünü bu nəğmənin bəstəkarı Oqtay Kazıminin qohumu kimi təqdim edən şəxs ondan bu mahnını icazəsiz şəkildə istifadə etdiyinə görə, ödəniş tələb edib: 

“Bundan sonra heç kim çıxıb deməsin ki, niyə bu bloqer və reklam agentlikləri milli musiqimizi təbliğ etmirlər. Yadınızdadır ki, türklər “Tərzi” serialında mərhum müğənni Şövkət Ələkbərovanın repertuarında yer alan “Məni candan usandırdı” mahnısını istifadə etmişdilər. Müəllif hüquqları bundan xəbər tutan kimi, mahnını videodan sildirdilər. Yaxşı, bunu başa düşdüm ki, bu genişçaplı bir iş idi. Bir markanın reklamına çəkildim. Fonda isə mərhum müğənni Oqtay Ağayevin “Eşqimin bəxti” mahnısını istifadə etdik. Bu nəğməni yazan mərhum bəstəkarın bilmirəm, neçənci dərəcə qohumu narazılıq və şikayətini bildirib ki, müəllif hüquqlarının ödənişini etməmisiniz. Deyir ki, siz müəllif hüquqlarını pozmusunuz və o mahnıdan istifadə etmisiniz. Yəni sovet vaxtının yazılan və xalq mahnımız olan mahnı üçün məndən ödəniş tələb edirlər. Bu, nəyə lazımdır?” 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO