Xızıda at oğruları SAXLANILDI – FOTO  

Xızıda at oğruları SAXLANILDI – FOTO  

Hazırda oxunan: Xızıda at oğruları SAXLANILDI – FOTO  

148941

Xızı rayonunun ərazisindəki örüş sahəsindən sakinlərə məxsus atların ayrı-ayrı vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Daşqın Qəmbərov, R.Hüseynov və E.Aslanov saxlanılıblar. 

Araşdırma zamanı saxlanılan şəxslər oğurladıqları atları satdıqlarını və əldə etdikləri pulu isə öz aralarında böldüklərini etiraf ediblər. 
Həmin şəxslərin digər rayonlarda da analoji əməllər törətmələri istisna edilmir. 

Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO