SOCAR Macarıstanın “MOL Group” şirkəti ilə potensial əməkdaşlığı müzakirə edib - FOTO

Hazırda oxunan: SOCAR Macarıstanın “MOL Group” şirkəti ilə potensial əməkdaşlığı müzakirə edib - FOTO

147962

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Macarıstanın “MOL Group” şirkəti ilə mövcud və potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirib. 

Bizim.Media SOCAR-a istinadən xəbər verir ki, müzakirələr bu gün SOCAR-ın prezidenti Rövşən Nəcəfin Macarıstanın “MOL Group” şirkətinin strateji əməliyyatlar və korporativ inkişaf üzrə icraçı vitse-prezidenti, İdarə Heyətinin üzvü György Bacsa ilə görüşü zamanı baş tutub. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. 
Bu xüsusda “MOL Group” şirkəti ilə uzunmüddətli əməkdaşlıqdan, səmərəli tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, “MOL Group” şirkətinin “Azəri-Çıraq-Dərinsulu Günəşli” və Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihələrində uğurla iştirak etdiyi, Azərbaycan neft-qaz sənayesinin inkişafına dəyərli töhfə verdiyi bildirilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO