Türkiyə DİN İstanbuldakı əcnəbilərlə bağlı xəbərləri təkzib etdi

Hazırda oxunan: Türkiyə DİN İstanbuldakı əcnəbilərlə bağlı xəbərləri təkzib etdi

146463

İstanbulda əcnəbilərə yaşamaq icazəsinin verilməsinə qadağa qoyulması ilə bağlı xəbərlər təkzib edilib.

Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi İstanbul hakimiyyətinin “məcburi hallar” istisna olmaqla, şəhərin bütün rayonlarında əcnəbilərə ilkin yaşayış icazəsinin verilməsini guya qadağan etməsi ilə bağlı xəbərləri təkzib edib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin bazar günü yaydığı bəyanatda bildirilir.

Bəyanatda qeyd edilir ki, İstanbulda qapalı adlanan ərazilərin siyahısı ötən ilin oktyabrından dəyişməyib və 10 bələdiyyə daxildir.

“İstanbulda əcnəbilərə yaşayış icazəsi verilməsi üçün 39 rayonun bağlanması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. O icazələrin alınması üçün müraciətlərin bağlandığı 10 rayon var", - deyə məlumatda bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO