Murad ƏSƏBİLƏŞDİ:

Murad ƏSƏBİLƏŞDİ: "Bakıda heç kim bu biabırçılıqdan sığortalanmayıb" – VİDEO

Hazırda oxunan: Murad ƏSƏBİLƏŞDİ: "Bakıda heç kim bu biabırçılıqdan sığortalanmayıb" – VİDEO
145765
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bəstəkar və müğənni Murad Arif paytaxt Bakıdakı tıxaclardan şikayətlənib.

Bizim.Media xəbər verir ki, sənətçi məsələ ilə bağlı sosial şəbəkə hesabında videomüraciət yayımlayıb.

Murad "Sahil" metrostansiyası yaxınlığında iki saatdan çox tıxacda qaldığını bildirirək əsəbləşib:

"Şəhərdə nə baş verir anlamıram. Tətil vaxtıdır. Saat yarımdır ki, "Sahil" metrosunun qarşısında dayanmışıq. Düşünün ki, işə, səhnəyə gedirik. Gecikməkdən ən çox qorxan insanam. Dəvət olunduğum yerə 1 saat tez gedərəm. Təsəvvür edin ki, hansı əsəb və həyəcan içindəyəm. Sağda-solda bu qədər maşın var. Bunun içində xəstəsi, darda olan insanı var. Niyə bir şey fikirləşmirlər? Və ya niyə bu insanları düşünmürlər"

Daha sonra M.Arif "Gecikmək mənim üçün stres, dramadır.

Şəhərdə heç kim bu biabırçılıqdan sığortalanmayıb, nə yazıq ki. 50 dəqiqəlik yolu 2 saat 30 dəqiqə etdik" deyə o, əlavə olaraq fikirlərini diqqətə çatdırıb.
 


Murad ƏSƏBİLƏŞDİ:

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO