Xızıda dağlıq-meşəlik ərazidə yanğın tam söndürülüb - YENİLƏNİB

Xızıda dağlıq-meşəlik ərazidə yanğın tam söndürülüb - YENİLƏNİB

Hazırda oxunan: Xızıda dağlıq-meşəlik ərazidə yanğın tam söndürülüb - YENİLƏNİB
145258
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 19:10-da tam söndürülüb. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb. 

Qeyd edilib ki, yanğınla mübarizə tədbirlərində FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə təsərrüfatı mərkəzinin əməkdaşları iştirak edib. 

*** 19:08

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın saat 18:15-də məhdudlaşdırılıb. 

FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

MÖVZU İLƏ BAĞLI:

FHN Xızıda baş verən meşə yanğını ilə bağlı MƏLUMAT YAYDI - VİDEO


Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO