Dövlət İmtahan Mərkəzindən 2,7 milyonluq TENDER – Bu şirkət qalib OLDU – FOTO 

Dövlət İmtahan Mərkəzindən 2,7 milyonluq TENDER – Bu şirkət qalib OLDU – FOTO 

Hazırda oxunan: Dövlət İmtahan Mərkəzindən 2,7 milyonluq TENDER – Bu şirkət qalib OLDU – FOTO 

141253

Dövlət İmtahan Mərkəzi “İmtahan Korpusunun İT infrastrukturunun təşkili üçün zəruri olan avadanlıqların və işlərin satın alınması” məqsədilə aprelin 12-də başladığı tenderin nəticələrini və qalibini bu gün elan edib. 

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 2 milyon 780 min 080 manat olan tenderin qalibi “Bakinity Distribution” MMC (VÖEN - 1001473201) olub.

Yaxın vaxtlarda tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət DİM üçün müxtəlif kompüter avadanlıqlarının satın alınmasını həyata keçirəcək.

Həmin avadanlıqlar 2 dəst kommunikasiya şkafı və aksessuarları, 4 dəst ağıllı güc paylayıcı sistemi və aksessuarları, 1800 ədəd müxtəlif ölçülü “Pach cord”, 800 dəst incə müştəri sisyemi, kronşteyn, 24 monitor və 1,5 m video kabeli və digərləridir.  

Qeyd edək ki, 100 min manat nizamnamə kapitalına sahib olan “Bakinity Distribution” MMC 2008-ci ildə yaradılıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.

2016-cı ilin yanvar ayından etibarən pərakəndə satış istiqaməti müstəqil bir şirkətə çevrilib və bu günə qədər kompüter və ofis avadanlıqlarının satışı sahəsində fəaliyyət göstərir. Şirkətin ofisi Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov 86-B ünvanında yerləşir.
Yarandığı gündən müxtəlif dövlət orqanlarının yüksək məbləğli tenderlərində qalib olub. Belə ki, 2020-ci ilin fevral ayının 22-də Maliyyə Nazirliyini “Nazirliyin inzibati binasında mühafizə sistemlərinin (giriş-çıxış nəzarət sistemi, video müşahidə sistemi), daxili şəbəkənin, İP müşahidə sisteminin, iş vaxtının uçotu proqramı təminatının 2020-ci il ərzində texniki xidmətlərinin satın alınması” tenderində qalib olub və tərəflər arasında 46 min 499 manatlıq müqavilə imzalanıb.

Həmin ilin may ayının 30-da isə İpoteka və Kredit Zəmanət Fondu informasiya texnologiyalarına dair avadanlıqların satın alınması üçün elan etdiyi tenderin qalibi olub və 36 min 603 manatlıq müqavilə əsasında xidmət göstərib. 

2021-ci ilin fevral ayında “Bakinity Distribution” MMC “Bakı Metropoliteni” QSC-nin “metronun inzibati binasında dispetçer otağında videodivar kompleksinin quraşdırılması işlərinin satın alınması” üzrə açıq tenderində qalib olub.

Tərəflər arasında 84 min 658 manatlıq tender müqaviləsinin imzalanması nəzərdə tutulsa da, bu, baş tutmayıb. Çünki, İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakşıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tenderin nəticələrinin ləğv edib. 

Şirkət bir dəfə də Mərkəzi Bank tərəfindən yüksək məbləğdə cərimə edilib. Belə ki, 2021-ci ilin may ayında şirkət haqqında tərtib etdiyi protokolu mayın 19-da Nərimanov rayon məhkəməsinə göndərib. Valyuta tənzimi qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimələnib. 
Şirkət 2022-ci ilin noyabrında 18-də Elm və Təhsil Nazirliyinin 3 min 090 manat məbləğindəki “Elm və Təhsil Nazirliyinin aparatı üçün printerlərin satın alınması” tenderini qazanıb.

Bir gün sonra, yəni noyabr ayının 19-da Energetika Nazirliyinin “Nazirliyin Aparatının balansında olan avadanlıqlara texniki dəstək xidmətinin satın alınmasına dair” tenderinin qalibi olub və aralarında 29 min 900 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, şirkətin qalib olduğu tenderlər bunlarla bitmir və MMC çox yüksək məbləğli tenderin iştirakçısı və qalibi olub.


Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO