Niyam Salami: “Həmkarlarım efirdə xətrimə dəyib, anamı ağlatdılar” - VİDEO

Niyam Salami: “Həmkarlarım efirdə xətrimə dəyib, anamı ağlatdılar” - VİDEO

Hazırda oxunan: Niyam Salami: “Həmkarlarım efirdə xətrimə dəyib, anamı ağlatdılar” - VİDEO

139949

“Mən toya getmirəm! Haqqımda qoy deməsinlər ki, Niyam Salami toya getmək, pul qazanmaq üçün mahnılar oxuyur. Xeyr! Mən mahnıları öz camaatım üçün oxumuşam, gəlirlər restoranımda nə pul salırlar, nə qırğın qopur, nə də ki, toy ab-havası var. Onlar üçün oxuyuram”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Niyam Salami “Şou xəbər” verilişinə müsahibəsində deyib. 

Həmkarları tərəfindən efirdə tənqid olunan sənətçi bildirib ki, onların bu sözləri anasını ağladıb: 

“Efirə çıxıb, heç kimin xətrimə dəymədiyim insanlar efirdə xətrimə elə dəydilər ki... Anamı ağlatdılar. Ağlaya-ağlaya anam mənə zəng vurub, onlar sənə niyə belə edirlər. Dəstəyi asıb başladım ağlama ki, axı mən sizə nə etmişəm. O qədər arxamca danışıb, dedilər ki, Niyam toya getmir. Bir-iki ritmli mahnı oxudum, indi həmin nəğmələrim toylarda səslənir”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO