Göygöldə ağacəkmə aksiyası və balıq buraxılışı həyata keçirilib - FOTO 

Göygöldə ağacəkmə aksiyası və balıq buraxılışı həyata keçirilib - FOTO 

Hazırda oxunan: Göygöldə ağacəkmə aksiyası və balıq buraxılışı həyata keçirilib - FOTO 
136946
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 19-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin rəsmilərinin və rayon ictimaiyyətinin iştirakı ilə Göygöl rayonu ərazisində bir sıra tədbirlər təşkil olunub. 

Bu barədə Bizim.Media-ya ETSN-dən məlumat verilib. 

Məlumata görə, tədbir iştirakçıları əvvəlcə Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin Hacıkənd meşəbəyliyinin ərazisində meşəbərpa işləri aparılan əraziyə baxış keçirib. 

Daha sonra tədbir iştirakçıları yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə sözügedən ərazidə təşkil olunan ağacəkmə aksiyasında iştirak edib və müxtəlif cinsli ağaclar əkiblər. 
Tədbirin davamı olaraq Göygöl Milli Parkının ərazisində balıq buraxılışı həyata keçirilib və Göygölə 1500 ədəd qızılxallı forel körpəsi buraxılaraq növbəti dəfə onların təbii artımına, bərpasına dəstək göstərilib. 

Göygöldə ağacəkmə aksiyası və balıq buraxılışı həyata keçirilib - FOTO  - foto 1
Göygöldə ağacəkmə aksiyası və balıq buraxılışı həyata keçirilib - FOTO  - foto 2
Göygöldə ağacəkmə aksiyası və balıq buraxılışı həyata keçirilib - FOTO  - foto 3
Göygöldə ağacəkmə aksiyası və balıq buraxılışı həyata keçirilib - FOTO  - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO