Azərbaycan və İsrail arasında dəniz nəqliyyatı sahəsində Anlaşma Memorandumu imzalanacaq - FOTO

Azərbaycan və İsrail arasında dəniz nəqliyyatı sahəsində Anlaşma Memorandumu imzalanacaq - FOTO

Hazırda oxunan: Azərbaycan və İsrail arasında dəniz nəqliyyatı sahəsində Anlaşma Memorandumu imzalanacaq - FOTO
131731
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyi (ADDLA) İsrailin Nəqliyyat Nazirliyinin Gəmiçilik və Limanlar İdarəsi ilə dəniz nəqliyyatı sahəsində əməkdaşlıq etmək istəyir. 

Bizim.Media xəbər verir ki,bu barədə nazirliyin məlumatında bildirilib. 

Məlumata görə, bu məsələ ADDLA-nın İdarə Heyətinin sədri Arif Məmmədovun İsrailin Nəqliyyat Nazirliyinin Gəmiçilik və Limanlar İdarəsinin direktoru Zadok Radeker ilə keçirilən görüşdə müzakirə edilib. 
Görüşdə Vahid Dənizçilik Pəncərəsinin tətbiqi, dənizçilərin hazırlığı, limanların tənzimlənməsi sahəsində təcrübə mübadiləsi aparılıb. 

Bundan əlavə, görüşdə iki ölkənin dənizçilik qurumları arasında əməkdaşlığın gücləndirilməsi üçün qarşılıqlı səfər təcrübəsinin, eləcə də dəniz nəqliyyatı sahəsində Anlaşma Memorandumunun hazırlanması istiqamətində təmasların davam etdirilməsinə dair razılıq əldə olunub. 

Azərbaycan və İsrail arasında dəniz nəqliyyatı sahəsində Anlaşma Memorandumu imzalanacaq - FOTO - foto 1
Azərbaycan və İsrail arasında dəniz nəqliyyatı sahəsində Anlaşma Memorandumu imzalanacaq - FOTO - foto 2

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO