Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT

Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT

Hazırda oxunan: Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT
127005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirin Garis-Əyribənd qəsəbəsinin 1000-ə yaxın əhalisi yaşadıqları binalarda dam örtüyünün yararsız olmasından təngə gəliblər. Sakinlər illərdir ki, bu acnacaqlı vəziyyətdə yaşamaq məcburiyyətində qalıblar. 

Bizim.Media-nın Aran bürosunun əməkdaşları həmin qəsəbədə olub vəziyyəti elə yerindəcə öyrənməyə çalışıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Göyçayda işıq və su verilişindəki məhdudiyyət NƏ VAXT aradan qaldırılacaq? 


Kürdəmirin Garis-Əyribənd qəsəbəsi ötən əsrin 60-cı illərində salınıb. Burada 18 ədəd 2 mərtəbəli, 12 mənzilli, 10-a yaxın birmərtəbəli, iki mənzilli binalar yerləşir. 

İkimərtəbəli binalar hələ Sovetlər dönəmindəki Sovxozun balansında olub. Qəsəbədə uşaq bağçası-körpələr evi, ticarət mərkəzləri və digər iaşə obyektləri də fəaliyyət göstərib. İlkin mərhələdə qəsəbədə 150-yə yaxın ailə məskunlaşıb. Hal-hazırda isə burada 200-dən çox ailə, ümumilikdə minə yaxın sakin yaşayır. 

Qeyd edək ki, sözügedən binalar məhz qəsəbə salınarkən tikilib. Aradan keçən 60 il ərzində bina tədricən sıradan çıxmağa başlayıb. Xüsusilə dam örtüyü bərbad hala düşüb. Payız və qış aylarında yağıntı suları damlardan birbaşa evlərin içərisinə dolur. Nəticədə kəskin nəmişlik yarandığından həm döşəmə və divarları sıradan çıxarır, həm də sakinlərin məişət əşyalarını yararsız hala gətirir. 

Hazırda binalar qəzalı vəziyyətdədir və əsaslı təmirə ehtiyacı var. Sakinlər dəfələrlə bununla bağlı aidiyyatı qurumlara müraciət etsələrdə bu günə kimi heç bir əməli iş görülməyib. 

Sakinlərin sözlərinə görə qəsəbədən seçilmiş 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən millət vəkili Rəfael Hüseynov seçkilər ərəfəsində qəsəbə camaatına bu problemi həll edəcəyinə söz verib. Amma seçkilər başa çatdıqdan sonra Rəfael Hüseynov bir daha bu ərazidə görünməyib. Sakinlər isə hələ də seçdikləri deputatdan imdad gözləyirlər.

Araşdırmamız zamanı binaların hansı qurumun balansında olmasını öyrənmək üçün üz tutduq Kürdəmir rayon icra hakimiyyətinə. İcra hakimiyyətindən şifahi olaraq Bizim.Media-nın yerli bürosuna bildirdilər ki, adı çəkilən binalar Garis-Əyribənd kənd bələdiyyəsinin balansındadır və onlara müraciət edin. 

Üz tutduq kənd bələdiyyəsinə. İdarədə heç kimin olmadığından kənd bələdiyyəsinin sədri Sahib Cəfərovla telefonla əlaqə saxladıq.

Sahib Cəfərov bildirdi ki, bəli, həmin binalar bizim balansımızdadır. Amma bələdiyyənin elə maddi imkanı yoxdur ki, bu binaların dam örtüyün dəyişsin. Eyni zamanda  sakinlərin seçki ərəfəsində millət vəkilinə bununla bağlı müraciətini bir daha bizə xatırlatdı. Hörmətli millət vəkilimizlə əlaqə saxlamaq cəhdimiz isə baş tutmadı.

Bizim.Media olaraq mövcud vəziyyəti çəkib işıqlandırdıq. Ümid edirik ki, əlaqədar təşkilatlar, eləcə də qəsəbədən seçilmiş millət vəkili Rəfael Hüseynov acınacaqlı vəziyyətlə bu şəkildə bir daha tanış olub bir tədbir görərlər.

Mövzunu diqqətdə saxlayacağıq.

Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT - foto 1
Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT - foto 2
Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT - foto 3
Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT - foto 4
Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT - foto 5
Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT - foto 6
Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT - foto 7
Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT - foto 8
Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT - foto 9
Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT - foto 10
Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT - foto 11
Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT - foto 12
Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT - foto 13
Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT - foto 14
Seçklərdə qəsəbə sakinlərinə vəd verən millət vəkili niyə sözünü tutmadı? - ŞİKAYƏT - foto 15

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO