“ABŞ Blinken-Lavrov görüşünə görə üzr istəməyəcək” - Prays 

“ABŞ Blinken-Lavrov görüşünə görə üzr istəməyəcək” - Prays 

Hazırda oxunan: “ABŞ Blinken-Lavrov görüşünə görə üzr istəməyəcək” - Prays 
123547
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“ABŞ Hindistanda G20 sammiti çərçivəsində Dövlət katibi Entoni Blinkenlə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında baş tutan qısa söhbətə görə üzr istəməyəcək”.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays brifinqdə deyib.  

“Bilirəm ki, rusiyalı həmkarlarımız bundan səs-küy yaratmaq istəyirlər. Lakin biz tərəfdən qeyd etmək lazımdır ki, bu, ikitərəfli görüş və yaxud uzun danışıqlar deyil, qısa təmas olub. Biz buna görə üzr istəməyəcəyik”, - deyə Prays qeyd edib. 

Rusiya tərəfinin məlumatına görə, görüşü Blinken istəyib. Rusiya XİN isə öz növbəsində Lavrov və Blinken arasında görüş olmadığını və yalnızca qısa söhbət baş tutduğunu açıqlayıb.
“Reuters”in məlumatına görə isə, söhbət təqribən 10 dəqiqə davam edib. Qeyd edək ki, bu, ötən ilin iyul ayından bu yana Lavrov və Blinken arasında ilk görüş olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO