“Təhminə” Fəxrəddin Manafovla SEVGİLİ OLUB? – AÇIQLAMA - VİDEO

“Təhminə” Fəxrəddin Manafovla SEVGİLİ OLUB? – AÇIQLAMA - VİDEO

Hazırda oxunan: “Təhminə” Fəxrəddin Manafovla SEVGİLİ OLUB? – AÇIQLAMA - VİDEO
123182
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, 1993-cü ildə çəkilən “Təhminə” filmində “Təhminə” obrazı ilə Azərbaycanda məşhurlaşan  Türkiyəli aktrisa Meral Konrat yenidən Azərbaycan kinosunda rol alıb.  

Bizim.Media xəbər verir ki, aktrisa “Elçilik” filminə çəkilib.  

Meral qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində Xalq artisti Fəxrəddin Manafovla bağlı sualları cavablandırıb.  

“Təhminə” filmindən sonra eşq yaşadığınız iddia edildi. Siz Fəxrəddin bəylə sevgili olmusunuz?” sualına Konratın cavabı belə olub: 

“Aramızda heç nə olmayıb. Həmin filmi qəlbdən hiss edərək oynadıq. Elə bir şey yaşanmadı. Çox yaxşı dostuq, onu çox sevirəm. Subayam, evlənmək istəyən namizədlərimi gözləyirəm”. 

Verilişin gedişatında Meral Konrat subay olduğunu və ailə qurmaq istədiyini açıqlayıb. 

Proqramın aparıcısı Elgiz Əkbər isə türk aktrisasının Bakıya köçərək, burada yaşamaq istədiyini bildirib. O həmçinin əlavə edib ki, hazırda oteldə qalan Meralın Bakıda yaşaması üçün evə ehtiyacı var. Əkbər Konratın gözündə problem olduğunu və yaxın zamanda əməliyyat olunacağını da diqqətə çatdırıb. 

Rəşad Əliyev, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO