Dünya Bankı Azərbaycanın dəmir yoluna investisiya qoyacaq? - FOTO

Dünya Bankı Azərbaycanın dəmir yoluna investisiya qoyacaq? - FOTO

Hazırda oxunan: Dünya Bankı Azərbaycanın dəmir yoluna investisiya qoyacaq? - FOTO
123054
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünya Bankı Azərbaycanın dəmir yoluna investisiya yatırmaqda maraqlıdır.

Bu barədə Bizim.Media-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. 

Məlumatda deyilir ki, bu gün qurumun sədri Rövşən Rüstəmov Dünya Bankının Mərkəzi Asiya üzrə infrastruktur rəhbəri Antonio Nunezin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Dünya Bankı ilə səmərəli əməkdaşlıq təcrübəsi vurğulanaraq son dövrlərdə ADY-də dayanıqlı və rəqabətədavamlı infrastrukturun yaradılması, həyata keçirilən transformasiya proqramı, eləcə də tranzit potensialının artırılması istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verilib.
“Orta Dəhliz”in inkişaf perspektivləri, dəmir yolları infrastrukturunun inkişafı, rəqəmsallaşma və s. sahələrdə bankla potensial əməkdaşlıq imkanları geniş müzakirə edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO