Azərbaycanın ümumi ixracı 1,9 mlrd. dollar olub

Azərbaycanın ümumi ixracı 1,9 mlrd. dollar olub

Hazırda oxunan: Azərbaycanın ümumi ixracı 1,9 mlrd. dollar olub
123001
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2023-cü ilin yanvar ayında Azərbaycanın ümumi ixracı 1,9 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 284,5 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artıb. 

Bu barədə Bizim.Media-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac 64,3 mln.ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 220,2 mln. ABŞ dollarına bərabər olub. 2023-cü ilin yanvar ayı ərzində kimya sənayesi məhsullarının ixracı 11,3%, spirtli və spirtsiz içkilərin ixracı 11,1 dəfə, şəkər ixracı 2,5 dəfə, çay ixracı isə 2,3 dəfə artıb. 
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 67,1 mln. ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar ayı ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 94%-i təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO