Paytaxtda “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq - ÜNVANLAR 

Paytaxtda “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq - ÜNVANLAR 

Hazırda oxunan: Paytaxtda “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq - ÜNVANLAR 
122139
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

25-26 fevral tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

Bu barədə Bizim.Media-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Həftəsonu yarmarkalarının keçirilməsində əsas məqsədi yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Budəfəki yarmarkalarda 56 regiondan 72 fermer iştirak edəcək. Fermerlər 80-ə yaxın çeşiddə yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, yarmarkada iştirak edəcək fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar.

Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.
“Kənddən Şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda keçiriləcək:

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı)

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO