
- A-
- A
- A+
Azərbaycan və Rumıniya enerji sahəsində TƏRƏFDAŞLIQ EDƏCƏK
“Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannis ilə fevralın 2-də keçirilən geniş tərkibdə görüşü zamanı bildirib.
Ölkə başçısı qeyd edib ki, birgə iqtisadi komissiya ötən il görüşüb və bu il də görüşəcək:
“Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































