
- A-
- A
- A+
“Korsikalıların Fransadan hüquqlarını tələb etmək haqqı var” – Deputat
“Korsikada baş verən hadisələr diqətdən kənarda qalmamalıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Azay Quliyev parlamentin bu gün keçirilən plenar iclasında səsləndirib.
“Korsika xalqının ən azı elementar hüquqlarını təmin etmək üçün mübarizə aparmağa haqqı var. 2014-cü ildən sonra Korsikanın azadlığı uğrunda mübarizə aparanlar artıq sivil qaydada öz hüquqlarını tələb etdiklərini bildirdilər.
Onlar sadəcə öz dillərinin rəsmi dil kimi qəbul olunmasını istəyir, siyasi məhbuslarının azad olunmasını, eləcə də mülkiyyət hüquqlarının təmin olunmasını tələb edirlər.
Necə olur ki, Arayik kimi terrorçunu qəbul edən Fransa, İvan Kolondo kimi siyastçini həbsdə öldürür?” – deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































