Bu qidalar sizi 15 yaşında cavan edəcək - SİYAHI

Hazırda oxunan: Bu qidalar sizi 15 yaşında cavan edəcək - SİYAHI

11019

Sağlamlıq və gözəllik üçün gündə 2 stəkan süd, ayran və ya kefir içmək mütləqdir.

Bizim.Media xəbər verir ki, bu barədə türk həkimləri tövsiyyə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Axşamlar yeyin! Aclıq sizi kökəldə bilər - DİETOLOQ


Onların sözlərinə görə, süd məhsullarının tərkibində olan zülal və probiotiklər bağırsağın işini yaxşılaşdırıb, immun sistemini gücləndirir. Probiotiklər həm də az fermentləşdirilmiş az duzlu turşuların, sirkə və şalgam suyunda da var.

Son günlər pandemiya ilə əlaqədar elan olunan karantin rejimində insanlar evdə oturmağa məcbur olublar.

Bu isə evdə oturan insanların daha çox yüksək kalorili qidalara üstünlük verməklərinə və hərəkətsiz olmaqlarına gətirib çıxarıb.

Psixoloji gərginliyi yox etmək istəyən insanlar isə daha çox yeməyə meyilli olurlar. Nəticədə bu yeməklər insan vücudunda özlərini artıq çəki ilə biruzə verirlər.

Bu xoşagəlməz hallardan xilas olmaq üçün sizə dietoloqların bəzi məsləhətlərini təqdim edirik:

Mövsümü meyvə və tərəvəzləri rasionunuza salın

Həkimlər sağlam qalmaq üçün gündə 5 dəfə, kiçik hissələrlə qidalanmağı tövsiyyə edir. Əgər ümumuyyətlə, arıqlamaq istəyirsinizsə, mütləq yemək menyunuza mövsümə uyğun meyvə, tərəvəzləri əlavə edin. Məsələn ispanaq, pirasa, kərəviz, gül kələmi, brokoli, kələm, yerkökü, kartof, soğan, sarımsaq,  kahı, cəfəri, roka, qarğıdalı, şüyüd kimi qidalarla immun sisteminizi dəstəkləyin. Həm də qış mövsümündə (gündə 2-3 porsiya) sitrus meyvələri (portağal, naringi, qreypfrut və limon), alma, banan, kivi, nar, heyva qəbul edin.

Gündə mütləq 2 stəkan süd, ayran və ya kefir için

Süd məhsullarının tərkibində olan zülal və probiotiklər bağlrsağın işini yaxşılaşdırıb, immun sistemini gücləndirir. Probiotikləri soğan, sarımsaq, pırasa, ənginar, banan və hindiba kimi qidalarla qəbulu qarşılıqlı təsir göstərir.

Zülalla qidalanın

Yumurta, ət, toyuq, balıq və paxlalılar kimi zülal tərkibli qidalar da yaxşı dəmir qaynağıdır. Yumurtanın tərkibində olan protein, dəmir, omeqa 3 yağ turşuları, kolin, lesitin kimi maddələr mədə bağırsaq sistemini yaxşı işləməsini təmin edir. Bundan başqa zülal tərkibli qidalar sizə artıq piylərdən qurtulmağa da kömək edəcək. Çünki piylərin yandırılma prosesində zülalların xüsusi rolu var.

Balıq yağı (Omega 3) qəbul edin

Yağlı balıqlar, qoz, badam və fındıq kimi qidaların tərkibində Omega 3 yağ turşuları var. Bundan əlavə, yağlı toxumlarda dəmir, sink, maqnezium və E vitamini ehtiva etdiyi üçün qidalanmanızda çox vacib yer tutur. Paxlalılar (quru lobya, noxud, mərci, yaşıl lobya) da bitki zülalı, dəmir, maqnezium, sink, selenyumla zəngindir.

Bütün taxıllar bağırsaq sağlamlığımızı dəstəkləyir və tərkibində bitki mənşəli zülal və B qrup vitaminləri oluğu üçün insana toxluq hissi verir.

Su için

Sağlamlığınızı qorumaq üçün mütləq gündə 2-3 litr su için. Bu mədə- bağırsaq sistemini normallaşdıracaq və maddələr mübadilənizi sürətlə çalışmağa kömək edəcək. Beləcə, sizin artıq piylərdən xilas olmağınızı asanlaşdıracaq.

Gec həzm olunan karbohidratlar

Gec həzm olunan karbohidratlar da sizin arıqlamağınıza yardım edən qidalardandır. Bunun üçün qida rasionunuza gündəlik bişmiş halda olaraq, bu qidalardan 5-6 dolu xörək qaşığı (qarabaşaq, kəpəkli makaron məmulatları, qəhvəyi düyü, bulgur  və.s) daxil edin. Qeyd edək ki, karbohidratlar saat 17.00-a qədər qəbul olunmalıdır. Çalışın şam yeməyində yaşıl rəngli tərəvəzlərə və yağsız bişmiş zülallara (ət, toyuq, balıq) üstünlük verin.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO