Toppuş bacı

Toppuş bacı "ağıllı dərman"ın növbəti dozasının vurulma anını GÖSTƏRDİ - VİDEO 

Hazırda oxunan: Toppuş bacı "ağıllı dərman"ın növbəti dozasının vurulma anını GÖSTƏRDİ - VİDEO 
108427
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Uzun illərdir xərçəng xəstəliyi ilə mübarizə aparan "Toppuş bacı" ləqəbi ilə şou-biznesdə məşhurlaşan aktrisa, Əməkdar artist Tünzalə Əliyeva növbəti "Ağıllı dərman" adlı preparatının vurulmasının videosunu paylaşıb.  

Bizim.Media xəbər verir ki, Milli Onkologiya Mərkəzində müalicəsini davam etdirən sənətçiyə sözügedən preparatın pulunu, yəni 3200 manatı Almaniyada yaşayan həmyerlimiz Rəna Nizami adlı xanımın təşəbbüsü ilə həmvətənlərimiz göndərib.  

Toppuş bacı yığılan məbləğlə "ağıllı dərman"ın alındığını və ona sistem vasitəsi ilə köçürüldüyünü lentə alaraq yayımladığı görüntülərdə nümayiş etdirib.  

T.Əliyeva onun sağalması üçün yardım əlini uzadan həmvətənlərimizə və tezliklə sağalması üçün dua edən insanlara paylaşdığı video vasitəsi ilə minnətdarlığını bildirib.  

Xatırladaq ki, ümumi olaraq Tünzalə Əliyevaya "ağıllı dərman" preparatının 12 dozası vurulmalıdır. Dərmanın ilk dozasını aparıcı Zaur Baxşəliyev alıb və dərman canlı efirdə aktrisaya sistem vasitəsi ilə köçürülüb.  

Qeyd edək ki, uzun müddətdir xərçənglə mübarizə aparan T.Əliyeva bir müddət əvvəl redaksiyamızın əməkdaşı ilə söhbətində əlliyə yaxın kimyaterapiya aldığını açıqlayıb. Belə ki, o, ağır xəstəliyin metastaz verərək daxili orqanlarına yayıldığını bildirib.
Beynində bədxassəli şiş aşkarlandığını və səhhətinin ağır olduğunu bildirən aktrisa sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün təcili şüa terapiya almalı, daha sonra isə "ağıllı dərmanlar" qəbul etməli olduğunu açıqlayıb.  

Rəşad Əliyev, Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO