Ceyhun Bayramov Lavrovla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək

Ceyhun Bayramov Lavrovla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək

Hazırda oxunan: Ceyhun Bayramov Lavrovla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
107787
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfər edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə bazar günü Rusiya Xarici İşlər Nazirliyinin mətbuata açıqlamasında deyilir.

Məlumata əsasən, səfər çərçivəsində C.Bayramovun rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü baş tutacaq.

"Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır", - deyə açıqlamada bildirilir.
Rusiya XİN Azərbaycan xarici işlər nazirinin qarşıdakı səfərini Rusiya-Azərbaycan siyasi dialoqunun davam etdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi kontekstində nəzərdən keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO