“Azərbaycan Serbiyanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib” - Aleksandar Vuçiç 

“Azərbaycan Serbiyanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib” - Aleksandar Vuçiç 

Hazırda oxunan: “Azərbaycan Serbiyanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib” - Aleksandar Vuçiç 
105928
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan bizim çoxdankı dostumuzdur və ümidvaram ki, bundan sonra da biz münasibətlərimizi daha da inkişaf etdirəcəyik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurası yaradılır - VİDEO


“Biz bu gün Sizi burada qəbul etmək imkanına görə çox məmnunuq. Serbiyaya xoş gəlmisiniz. Cənab Prezident, Sizinlə əvvəllər də görüşlərimiz olub. Siz ölkəmizə dəfələrlə səfər etmisiniz. Biz Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndiririk və bu mövqeyə çox hörmətlə yanaşırıq”.  

Vuçiç bildirib ki, iki ölkə vətəndaşları arasında əlaqələr inkişaf edir:  

“Dostluğumuz həm Sizin, həm də bizim tərəfdə görülən konkret işlərdə öz təzahürünü tapıb. Serbiyanın ərazi bütövlüyünə hər zaman verdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Biz də Azərbaycanın çətin, ağır vaxtlarında eyni mövqedən çıxış etmişik. Heç kəs bir faktı inkar edə bilməz ki, biz yaxın dostuq, yaxın dost kimi qalırıq. Bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın səviyyəsini artırmaq üçün əlimizdən gələni edəcəyik. Təşəkkür edirəm. Bir daha xoş gəlmisiniz”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO